...

Saatlıda yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə Materials 16 Oktyabr 2023 04:38 (UTC +04:00)
Saatlıda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. Trend:

Saatlıda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 5 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə Saatlı rayonu Orta Muğan kəndi ərazisində baş verib. Hadisə zamanı “KİA" markalı avtomobil aşıb və nəticədə 5 nəfər, Saatlı rayonu Orta Muğan kənd sakinləri, Turqut Şərbətov, Sahil Şərbətov, Samir Seyidov, Xədicə Yusifzadə və Fuad Yusifov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti