...

Bakıda çay evində yanğın olub

Hadisə Materials 1 Noyabr 2023 08:43 (UTC +04:00)
Bakıda çay evində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 m² olan çay evinin mətbəxinin yanar konstruksiyaları 5 m² sahədə, dəhlizə quraşdırılan 1 ədəd elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb. Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti