...

Masallıda 27 yaşlı qadın qətlə yetirilib

Hadisə Materials 7 Noyabr 2023 04:52 (UTC +04:00)
Masallıda 27 yaşlı qadın qətlə yetirilib

Bakı. Trend:

Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti