...

Bir nəfəri bıçaqlayan keçmiş məhkumlar tutulub

Hadisə Materials 11 Noyabr 2023 11:43 (UTC +04:00)
Bir nəfəri bıçaqlayan keçmiş məhkumlar tutulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 31-də Nəsimi rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş Niyaməddin Məmmədov və Elsevər Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti