Bakı. Trend:
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Trend xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.
Belə ki, rayonun Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərin birində təmir işi görərkən ölüb.
Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.