...

Xaçmazda birmərtəbəli ev yanıb

Hadisə Materials 3 Dekabr 2023 09:57 (UTC +04:00)
Xaçmazda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Xaçmaz şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə, mətbəxinin tavanı və mətbəxdə olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti