...

Zaqatalada şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 16 Mart 2024 17:14 (UTC +04:00)
Zaqatalada şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatala rayon prokurorluğu martın 16-da, saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə məlumat yayıb.

Trend-ə daxil olan məlumata görə, baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.

İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkar etdiyi partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti