...

Qobustanda qumbara və odlu silahlar aşkar edilib

Hadisə Materials 17 Mart 2024 10:57 (UTC +04:00)
Qobustanda qumbara və odlu silahlar aşkar edilib

Bakı. Trend:

Qobustanda qumbara və odlu silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti