Bakı. Trend:
Abşeron rayonunun Qobu qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 100 m² olan evlərdən sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.