...

Salyanda yol qəzası olub, iki nəfər yaralanıb

Hadisə Materials 15 Aprel 2024 01:04 (UTC +04:00)
Salyanda yol qəzası olub, iki nəfər yaralanıb

Bakı. Trend:

Salyan rayonunda yol qəzası baş verib

Trend-in məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti