...

Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

Hadisə Materials 15 Aprel 2024 08:27 (UTC +04:00)
Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço məlumat verib.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb”, - deyə o bildirib.

Mexiko şəhər prokurorluğu helikopterin qəzaya uğrama şəraiti ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti