...

Ağdamda minaatan qurğular aşkar edilib

Hadisə Materials 18 Aprel 2024 08:41 (UTC +04:00)
Ağdamda minaatan qurğular aşkar edilib

Bakı. Trend:

Ağdam rayonunda minaatan qurğular aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti