Bakı. Trend:
Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə zamani iki nəfər bıçaqlanıb.
Xəsarət alan iki şəxs Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hazırda hər iki şəxsin müalicəsi Reanimasiya şəraitində davam etdirilir.