...

Beyləqanda 46 yaşlı kişi tanışını güllələyib

Hadisə Materials 18 İyul 2024 09:27 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan rayonunda silahlı insident baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti