...

Naxçıvanda 1,5 hektar taxıl sahəsi yandı

Hadisə Materials 7 Avqust 2024 12:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nəzərabad kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2.5 hektar olan biçilmiş taxıl sahəsinin 1.5 hektarı yanıb.

Sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti