...

Mərdəkanda 54 yaşlı kişi güllələnməsi ilə bağlı cinayət işi başlanıb (YENİLƏNİB)

Hadisə Materials 7 Avqust 2024 22:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

xxx

21:41

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti