...

Bakıda yaşayış binasında yanğın baş verib

Hadisə Materials 14 Oktyabr 2024 22:34 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yataq otağında 1 ədəd dolab və yataq dəsti 7 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti