...

Sumqayıtda beşmərtəbəli binada yanğın olub, zərərçəkən var

Hadisə Materials 1 Dekabr 2024 09:36 (UTC +04:00)
Sumqayıtda beşmərtəbəli binada yanğın olub, zərərçəkən var

Bakı. Trend:

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, açarı və 3 paq.m. kabel yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı tüstülənmiş mənzildən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti