Bakı. Trend:
Beyləqan rayonu ərazisində yük və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası olub.
Trend-in bölgə müxbiri xəbər verir ki, ötən gün gecə saatlarında Beyləqan rayonu Xalac-Aşıqalılar kənd yolunda qeydə alınıb.
Belə ki, Emin Həziyevin idarə etdiyi "Niva" markalı avtomobil və Elmdar Qafarovun sükan arxasında olduğu "Qazel" markalı yük maşını toqquşub. Hadisə nəticəsində "Nivan"-nın sürücüsü və avtomobildə olan oğlu Rəvan Həziyev ölüb. "Qazel"-in sürücüsü isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır