Bakı. Trend:
Qaydalara riayət edilməməsi, məsuliyyətsizlik və diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur. Maddi zərərlə nəticələnən növbəti belə bir qəza bu gün günorta saatlarında Heydər Əliyev prospekti, köməkçi yolda qeydə alınıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə səbəbindən zolaqlardan biri tutulduğundan yolda mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.