Bakı.Trend:
01.06.2025-ci ildə Qaxda avtomobil vuran şəxs xəstəxanada vəfat edib.
Trend xəbər verir ki, Heydərov Əfəndi Məhəmməd oğlu idarə etdiyi "KİA CEED MİNİK" markalı 99-VM-454 dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, Azərbaycan prospektindən üzü H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Mustafayev İsmət Bayram oğlunu vurub. Nəticədə şəxs 09.06.2025-ci il tarixdə xəstəxanada vəfat edib.
Faktla bağlı Qax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.