Bakı.Trend:
Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb.
Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.
Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.