...

Xəzər rayonunda üç evdən oğurluq edən şəxs ələ keçdi

Hadisə Materials 29 Yanvar 2026 16:25 (UTC +04:00)
Xəzər rayonunda üç evdən oğurluq edən şəxs ələ keçdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12650 manat dəyərində məişət əşyalarını oğurlayıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb. O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğu evləri müşahidə edərək talama cinayətlərini gecə saatlarında törətməyi planlaşdırıb. R.Dəmirovun analoji yolla Sabunçu rayonu ərazisində də iki evdən 9000 manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti