...

21 avqust üzrə kriminal xronika

Hadisə Materials 22 Avqust 2005 16:58 (UTC +04:00)

Avqustun 21-də daxili işlər orqanrları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 1 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Gün ərzində 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 5 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 9 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti