Sentyabrın 21-də daxili işlər orqanrları tərəfindən 31 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 27-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 20 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 1 nəfər ölüb, 13 nəfər yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb, nəticədə 2 nəfər yaralanıb.
Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 31 nəfər həbs edilib.