...

OKTYABRIN 12-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 13 Oktyabr 2005 17:55 (UTC +04:00)

Oktyabrın 12-də daxili işlər orqanrları tərəfindən 29 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 21-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. 1 yanğın hadisəsi baş verib.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti