...

Sklifosovsk Eİİ-da Basman bazarının dam örtüyünün uçması nəticəsində ağır xəsarət almış azərbaycanlı vəfat edib

Hadisə Materials 24 Fevral 2006 16:34 (UTC +04:00)

Moskvanın Sklifosovsk Eİİ-da Basman bazarının dam örtüyünün uçması nəticəsində ağır xəsarət almış azərbaycanlı vəfat edib. Bu barədə Trend ə Sklifosovsk Eİİ-dan məlumat verilib.

Bu, fevralın 23-də çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi, baş beyinin silkələnməsi xəsarətləri ilə institutun reanimasiya şöbəsində yerləşdirilən 22 yaşlı S.Xəlilovdur. Göstərilən səylərə baxmayaraq həkimlər onun həyatını xilas edə bilməyiblər.

Moskvanın tibb müəssisələrində paytaxtın Basman bazarında baş vermiş hadisə nəticəsində yaralanan 20-dən artıq azərbaycanlıya tibbi yardım göstərilir.

Xəbər lenti

Xəbər lenti