...

Salyanda şiddətli külək bir nəfərin xəsarət almasına səbəb olub

Hadisə Materials 3 İyul 2006 15:58 (UTC +04:00)

Salyanda səhər saatlarından başlanan külək günortaya yaxın daha da şiddətlənib və bir nəfər rayon sakininin xəsarət almasına səbəb olub. Belə ki, külək nəticəsində iri bir ağac qırılaraq mərkəzi parkda istirahət edən 31 yaşlı Tağııyev Niyaməddin Sabir oğlunun üstünə düşüb.

Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, Niyaməəddinin vəziyyəti qənaətbəxş olsa da, çiyin sümyünün sınığı və ayaqlarında çoxlu sayda ciddi zədələr var.

Şiddətli külək isə indi də davam edir. Baş verə biləcək qısaqapanmaların qarşısını almaq üçün rayona enlektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.

Xəbər lenti

Xəbər lenti