...

Çimərlik mövsümünün əvvəlindən 12 ölüm hadisəsi qeydə alınıb

Hadisə Materials 14 İyul 2006 15:01 (UTC +04:00)

Azərbaycanda çimərlik mövsümü başlanandan bəri 12 nəfər dənizdə batıb. Trend in xəbər verdiyi kimi, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bunların 3 nəfəri çimərliklərdə, 9 nəfəri isə qeyri-çimərlik zonalarında batıb. Belə ki, sonuncu 9 nəfərdən 3-ü Bakıdakı Milli Parkda dənizə tullanaraq batıb. Bununla yanaşı, çimərlik mövsümünün əvvəlindən xilasedicilər 69 nəfərin həyatını xilas edib.

FHN çimərliklərdə istirahət edən vətəndaşları öz həyatlarını təhlükəyə atmamağa, pis hava şəraitində çimməməyə və xilasetmə xidmətlərinin fəaliyyət göstərdiyi çimərliklərə getməyə çağırır.

Xəbər lenti

Xəbər lenti