...

Konsul: Livanda yaşayan azərbaycanlıların pasportla bağlı probelmləri var

Hadisə Materials 19 İyul 2006 12:44 (UTC +04:00)

Livanda yaşayan azərbaycanlıların bir hissəsinin pasportla bağlı problemləri var ki, bu da onların ölkədən çıxmasını çətinləşdirir. Bu barədə Trend ə iyulun 19-da Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub (Nazih Gassub) bildirib.

Onun sözlərinə görə, Livanda olan azərbaycanlıların dəqiq sayı hələlik müəyyən edilməyib. Ancaq hərbi əməliyyatlara qədər onların sayı 100 nəfərədək olub. Onlara həm tələbələri, həm də Livanda yaşayan qarışıq nigahda olan azərbaycanlıları aid etmək olar.

"Hərbi əməliyyatlar başlandıqdan sonra fəxri konsulluğun xətti ilə Beyrutdan təxminən 30 nəfər evakuasiya edilib. Onların böyük hissəsini uşaqlar və analar təşkil edir. Ancaq ölkəni ailələri ilə birlikdə tərk etmək istəyən digər azərbaycanlılar bunu edə bilmir. Çünki ailə üzvlərindən hansınınsa, xüsusilə uşaqların pasrortu yoxdur. Bu məsələni həll etmək üçün hazırda Livanın Xarici İşlər Nazirliyində müvafiq iş aparılır", - deyə fəxri konsul əlavə edib.

N.Qassub onu da qeyd edib ki, digər günlərlə müqayisədə iyulun 19-da İsrailin bomba hücumları bir qədər səngiyib.

Xəbər lenti

Xəbər lenti