...

Səfir: Türkiyədəki partlayış zamanı yaralananlar və həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Hadisə Materials 13 Sentyabr 2006 12:08 (UTC +04:00)

Türkiyədəki partlayış zamanı yaralananlar və həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bildirib. Onun sözlərinə görə, səfirliyin əməkdaşları Türkiyənin rəsmi idarələrində hadisə barədə öyrənib və həlak olanlar və yaralananlar arasında azərbaycanlıların olmadığını aşkar edib.

Qeyd edək ki, sentyabrın 13-də gecə Türkiyənin cənub-şərqində baş verən partlayış nəticəsində altı nəfər, o cümlədən beş uşaq həlak olub. 17 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Əldə olan məlumatlara görə, Diyarbakır şəhərinin rayonlarından birində məktəb binasının yaxınlığındakı avtobus dayanacağı sahəsində partlayıcı qurğu işə düşüb. Asayiş qoruyucuları hesab edirlər ki, qurğu uzaqdan idarə olunub və mobil telefonun zəngi ilə işə salınıb.

Xəbər lenti

Xəbər lenti