...

"Respublika" Bankına anonim zəng etməklə təxribat törətmiş şəxsin kimliyi hələlik müəyyənləşməyib

Hadisə Materials 16 Dekabr 2006 12:36 (UTC +04:00)

Dekabırn 15-də Bakı şəhəri, Səbail rayonu, Xaqani 21 ünvanında yerləşən "Respublika" Bankına anonim zəng vuraraq bankda bomba olması barədə yalan məlumat vermiş şəxsin kimliyi hələlik müəyyənləşməyib. Bu barədə Trend ə həmin əraziyə nəzarət edən Səbail rayon Polis İdarəsinin 39-cu bölməsinin növbətçi hissəsindən məlumat verilib.

Xatırladaq ki, dekabrın 15-də saat 15.30 radələrində bankın binasında partlayıcı qurğunun olması barədə "Respublika" Bankına anonim zəng daxil olub. Daha sonra hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları gəlib. Binada 2 saat axtaış aparılıb. Axtarışda xüsusi təlim kursu keçmiş itlərdən də istifadə olunub.

Xəbər lenti

Xəbər lenti