...

Dəvəçi rayonu ərazisində torpaq sürüşməsi baş verib

Hadisə Materials 18 Yanvar 2007 12:22 (UTC +04:00)

Bu gün - yanvarın 18-də saat 02:10 radələrində Dəvəçi rayonu ərazisində (yeni çəkilən Bakı - Samur yolu üstündə) torpaq sürüşməsi hadisəsi baş verib. Bu barədə Trend ə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Sürüşmə nəticəsində rayon mərkəzindən Əmirxanlı, Qalaaltı, Çıraqqala istiqamətinə gedən 3 yoldan biri bağlanıb. İlkin məlumata əsasən, xəsarət alanlar və tikililərdə dağıntı yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hadisə yerindədir.

Xəbər lenti

Xəbər lenti