...

Bakı-Ələt yolunda qəza hadisəsində bir nəfər ölüb və dörd nəfər yaralanıb

Hadisə Materials 16 Fevral 2007 20:37 (UTC +04:00)

Bu gün saat 15:00-da Qaradağ rayonunun Bakı - Ələt yolunda yol qəza hadisəsi baş verib. Futbol azarkeşləri olan sərnişin marşrutu və sükan arxasında Tahir Ağayevin olduğu "Mersedes" markalı maşınlar toqquşub. Yol qəzası nəticəsində avtomaşının sərnişini, 1957-ci il təvəllüdlü Şükufə Camalova dünyasını dəyişib. Avtoqəzada həmçinin iki sürücü və iki sərnişin də xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti