Cümə günü axşam Bakının mərkəzində, Səməd Vurğun küçəsində yerləşən beş ulduzlu "Ambassador" otelində yanğın baş verib.
"Xalq jurnalisti" layihəsi çərçivəsində Trend ə verilən məlumata əsasən oteldən insanlar evakuasiya edilib. Hadisə yerinə yanğın mühafizə briqadaları gəlib.
Məlumatı Trend ə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi yanında Yanğın Mühafizəsi İdarəsinin növbətçi hissəsi də təsdiq edib. İlkin versiyaya görə, yanğın "Ambassador" otelinin saunasında baş verib. Hadisə nəticəsində zərər çəkən yoxdur. Hazırda yanğının səbəbləri araşdırılır.