...

Azərbaycanda yol qəzalarının sayı artıb

Hadisə Materials 7 Aprel 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Respublikada bu ilin 3 ayında 601 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar zamanı 194 nəfər həlak olub, 685 nəfər müxtəlif dərəcəli xəsarət alıb. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən şənbə günü Trend ə verilən məlumata görə, qəzaların 358-i Bakının payına düşür.

Paytaxtda ötən 3 ayda qol qəzaları zamanı 90 nəfər həlak olub, 422 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 3 ayında respublikada 81 yol qəzası, 14 ölüm, 134 xəsarət, paytaxtda isə 31 hadisə, 101 xəsarət artıb, 2 ölüm isə azalıb.

Xəbər lenti

Xəbər lenti