...

Qırmızı Körpü sərhəd məntəqəsində silahlı insident zamanı əsgərlər yaralanıb – versiya 2

Hadisə Materials 26 Aprel 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir M, Göyüşoğlu. K.Zərbəliyeva / Qırmızı Körpü sərhəd məntəqəsində bu gün günorta saatlarında silahlı insident baş verib. Hadisə yerindən Trend in bölgə müxbirinin verdiyi məlumata görə, silahlı insident zamanı sərhəd xidmətinin əsgərləri yaralanıb.

Qazax şəhər Mərkəzi xəstəxanasından bildiriblər ki, əsgərlər 14:30 radələrində xəstəxanada əməliyyat olunublar.

Qazax rayon prokurorluğundan bildirilib ki, respublikada qanunsuz yaşayan 40-a yaxın miqrant sərhəddən çıxarılarkən sərhədçilərələ aralarında mübahisə düşüb. İnsident zamanı miqrantlar Sərhəd Qoşunlarının 3 əsgərinə bıçaqla xəsarət yetiriblər. Hazırda hər üç əsgər Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, səhhətləri ilə bağlı ciddi təhlükə yoxdur.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti