...

Bakıda yol qəzasında iki nəfər həlak olub

Hadisə Materials 16 May 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx.TrendLife Vüqar Vüqarlı/Keçən gün Bakıda üç yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə iki nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu haqda məlumat DYP-nin növbətçi hissəsindən verilib.

Ölənlərdən biri Binə qəsəbəsindən keçən şosse yolunda baş vermiş qəzada həlak olub. İkinci hadisə isə Binəqədi rayonunda iki avtomobilin toqquşması nəticəsində olub. Bu vəziyyətdə, təəssüf ki, bir nəfər ölüb, bir nəfər də yaralanıb.

Xəbər lenti

Xəbər lenti