Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Salyanda bir neçə il öncə törədilən ağır cinayətin üstü açılıb. Trend in bölgə müxbirinin məlumatına görə, bu günlərdə 2003-cü ildə oğlunu qətlə yetirən ata, rayonun Qalalı yaşayış massivində yaşayan 67 yaşlı Akif Abbasov törətdiyi cinayətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Abbasov daha sonra qətlə yetirdiyi oğlu, 1984-cü il təvəllüdlü Zaur Abbasovun meyitinin həyətdə basdırıldığı yeri göstərib.
Salyan rayon Polis İdarəsindən bildiriblər ki, hadisə ailə münaqişəsi zəminində baş verib və Abbasov bu müddət ərzində cinayəti gizlədərək oğlunun Rusiyaya getdiyini bildirib.
Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.