...

Axtarışda olan Gəncə sakini özünü qətlə yetirib

Hadisə Materials 14 İyun 2007 11:41 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Gəncə polisi tərəfindən iki gündür ki, axtarışda olan 1936-cı il təvəllüdlü Əşrəf Əjdər oğlu Hüseynov dünən axşam saatlarında Gəncə şəhər İnzibati binasının qarşısında odlu silahla başının sağ tərəfindən özünə atəş açıb. Trend in bölgə müxbirinin sözlərinə görə, Hüseynov dərhal 3 saylı şəhər xəstəxanasının taravmatologiya şöbəsinə çatdırılıb və üzərində cərrahiyə əməliyyatı aparılıb. Travmatologiya şöbəsinin həkimi Mehman Hüseynov bildirib ki, yaralı güllə yarası diaqnozu ilə gətirilib.

Hüseynov bu gün səhərə yaxın xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. Prokuror rəsmiləri araşdırma sona çatanadək hələ ki, heç bir məlumat vermək istəmirlər.

Gəncədə iyunun 11-dən 12-nə keçən gecə, saat 22:45 radələrində Hüseynov kürəkəninə odlu silahdan atəş açıb və onu ağır yaralayıb. Xəstəxanaya çatdırılan yaralı prokurorluq əməkdaşlarına verdiyi ilkin ifadələrində onun öz qaynatası tərəfindən vurulduğunu söyləyib.

Zərərçəkən 27 yaşlı Rzayev Ramin Asəf oğlu Şah İsmayıl Xətai küçəsi döngə bir, 43 saylı ünvanda öz qaynatası ilə birgə yaşayırmış. Elə aralarında yaranan mübahisə də mülk üstündə olub. Hadisədən sonra hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirsələr də, Hüseynovu tapa bilməyiblər.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti