...

Lənkəranda 5 bal gücündə zəlzələ olub

Hadisə Materials 11 İyul 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Çərşənbə günü səhər 11:50 radələrində episentri Lənkəran rayonundan 24 kilometr məsafədə Lerik rayonu istiqamətində 5 bal gücündə zəlzələ baş verib. Trend in bölgə müxbirinin sözlərinə görə, zəlzələ Lənkəran və Lerikin özündə 4 bal, Cəlilabadda isə 3 bal gücündə hiss olunub. Köhnə tikililərdə çatlar əmələ gəlib. Hazırda dəymiş zərər diqiqləşdirilir. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Qurban Yetirmişli bildirib ki, Talış zonası seysmiaktiv zona olduğundan bu cür zəlzələlər təbiidir. Təkcə bu ilin 6 ayında həmin zonada 3 hiss olunan zəlzələ qeydə alınıb. 1997-ci ildə isə Talış zonasında 7 bal gücündə 3 dəfə zəlzələ baş verib. Dağıntılar qeydə alınıb.

Ümumilikdə, bu il Azərbaycanda 10-dan artıq hiss olunan zəlzələ qeydə alınıb.

Lənkəran paytaxt Bakıdan 265 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti