...

FHN-nin idarə rəisi: "Uçqun altında sağ qalanlar var"

Hadisə Materials 29 Avqust 2007 14:23 (UTC +04:00)
FHN-nin idarə rəisi: "Uçqun altında sağ qalanlar var"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Çərşənbə axşamı saat 17:00-da Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində tikilən binanın uçması nəticəsində dağıntılar altında sağ qalanlar var və onlarla əlaqə saxlanılıb. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi Kamil Bağırov verib. Bağırov bildirib ki, onların uçqundan çıxarılması üçün xilasetmə işləri ehtiyatla aparılır.

Binanın uçmasına səbəb tikintidə təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır.

FHN təmsilçisi deyib ki, uçqun altında qalan son nəfər çıxarılanadək xilasetmə işləri aparılacaq.

Uçqun altından 8 nəfərin meyidi çıxarılıb. Tikintini aparan "Mütəfəkkir" şirkətinin direktoru və iş icraçısı saxlanılıb.

Xəbər lenti

Xəbər lenti