...

Bakıda çökən binanın qalıqları altında qalanların qohumları axtarışların gedişindən narazıdır

Hadisə Materials 1 Sentyabr 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Yasamal rayonu Naxçıvani küçəsi ilə Muxtarov küçəsinin kəsişməsində yerləşən çökən binanın dağıntıları altında qalmış insanların yaxınları ilə hadisə yerində olan hüquq - mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb.

Yaxınları dacğıntılar altında qalan insanların axtarış-xilasetmə əməliyyatını sürətləndirilməsini tələb edirlər. Onlar axtarışa əlavə texnikanın və canlı qüvvənin cəlb olunmasını və yerli xilasedicilərin heç bir nəticə vermədiyinə görə, xarici ölkələrdən kömək istənilməsini tələb edirlər.

Yaxınları dağıntılar altında qalan şəxslər bir qədər əvvəl hadisə yerində yaradılmış operativ gərargaha gələn hüqüq-mühafizə orqanlarının rəhbərləri, baş prokuror Zakir Qaralov, FHN naziri Kəmalləddin Heydərovla görüşməyə cəld göstərsələr də , çevik polis və mülki müdafiə qoşunlarının rəhbərləri bunun qarşısını alıb.

Yaxınları dağıntılar altında qalan şəxslərin qarşısına Yasamal rayon polis idarəsinin rəisi Məhəbbət Hüseynov çıxıb. Polis rəisi isə qeyd edib ki, xilasedicilər bütün qüvvələrindən istifadə edirlər.

Xəbər lenti

Xəbər lenti