...

Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları adtından daha bir cəsəd çıxarılıb

Hadisə Materials 5 Sentyabr 2007 14:54 (UTC +04:00)
Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları adtından daha bir cəsəd çıxarılıb

Azərbaycan, Bakı / Trend

, müxbir İ. Əlizadə/ Trend in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları adtından daha bir cəsəd çıxarılıb.

Avqustun 28-i təxminən 18:00 radələrində Bakının Yasamal rayonunda Murtuza Muxtarov 185 ünvanında "Mütəfəkkir" MMC tərəfindən inşa olunan 16 mərtəbəli bina uçub. Dağıntılar altından 17 nəfər çıxarılıb, beş nəfər xəsarət alıb. Binanın dağıtıları altında hələ 9 nəfərin olması güman edilir.

28 avqust 2007-ci il tarixində baş vermiş hadisə faktı üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbyacanın Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 -ci maddəsi ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) cinayət işi qaldırıb, prokurorluğun və FHN-nin əməkdalaından ibarət operativ-istintaq qrupu yaradılıb.

Hadisə ilə əlaqədar olaraq, "Mütəfəkkir" şirkətinin baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, podratçılar Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb və üç ay müddətində azadlıqdan məhrum ediliblər.

Bu gün daha bir nəfər saxlanılıb. Çərşənbə günü Trend ə baş Prokurorluğun mətbuat xidməinin rəhbəri Vüqar Əliyevin verdiyi məlumata görə, Yasamal rayon məhkəməsi Bakının İcra Hakimiyyətinin Yaşayış Kooperativi İdarəsinin rəisi Akif Məhərrəmovu Azərbaycan Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə üç aylıq müddətə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti