...

AMİP-in Nazirlər Kabineti qarşısındakı piketi baş tutmadı (video)

Hadisə Materials 7 Sentyabr 2007 13:38 (UTC +04:00)
AMİP-in Nazirlər Kabineti qarşısındakı piketi baş tutmadı (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) cümə günü Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirmək cəhdi baş tutmayıb.

Trend in məlumatına görə, bir neçə AMİP fəalı Nazirlər Kabinetinə yaxınlaşmağa çalışsalar da, polislər onları binanın qarşısındakı parkdan geri qaytarıblar. 5 nəfər partiya üzvü polis maşınına mindirilib və polis bölməsinə aparılıb. Baş tutmayan piketin qətnaməsi jurnalistlərə paylanılıb.

AMİP Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin və kommunal xərclərin artırılması barədə qərarına etiraz edir. Partiya hesab edir ki, hökumətin yürütdüyü tarif siyasəti əhalinin ağır sosial duruma, böhranlı vəziyyətə düşməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti