...

Samur-Abşeron kanalında qadın meyidi tapılıb

Hadisə Materials 11 Sentyabr 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ Samur-Abşeron kanalının Siyəzən rayon ərazisindəki su-durulducu hövzəsində çərşənbə axşamı səhər saatlarında qadın meyidi tapılıb. Kanalın sahə rəisi Şəmsəddin Xəlilovun çərşənbə axşamı Trend in bölgə müxbirinə verdiyi məlumata görə, meyid Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanıb və müayinə olunması üçün Dəvəçi rayon regional Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinə göndərilib.

Son bir həftə ərzində Samur-Abşeron kanalının Siyəzən rayon ərazisindəki su-durulducu hövzəsində iki meyid aşkarlanıb.

Siyəzən rayon Prokurorluğundan isə bildiriblər ki, ilkin araşdırmalara görə, meyid yaxın vaxtlarda kanala atılıb. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Siyəzən paytaxt Bakıdan 110 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti