Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
Xəstənin koronar şuntlama əməliyyatından sonra sağalmaq şansı onun qan qrupundan asılı ola bilər. Trend-in məlumatına görə, bu barədə "Medvesti" xəbər verir. Dyuka Universiteti yanındakı Tibbi Mərkəzin alimləri hesab edirlər ki, AB (dördüncü) qan qrupundan olan xəstələr A, B, yaxud 0 (müvafiq olaraq ikinci, üçüncü və birinci) qruplarından olan xəstələrə nisbətən əməliyyatdan sonra sağalmaq şansına 20 faiz daha çox malikdirlər.
Belə fərqə səbəb qanın laxtalanmasına görə cavabdeh olan iki zülal ola bilər. Birinci qan qrupundan olan gen laxtalanmanın aşağı olması ilə bağlıdır və əməliyyatdan sonra qanaxma riski kifayət qədər yüksəkdir. Bununla yanaşı, Yer kürəsi əhalisinin, demək olar, yarısı məhz birinci qan qrupuna (0) malikdir. Lakin yalnız АВ (IV) qan qrupundan olan xəstələr əməliyyatdan sonra aşağı ölüm riski qrupuna aiddirlər.
Xatırladaq ki, bir çox tədqiqatlar qan qruplarının müxtəlif xəstəliklərə meyilli olmaqda mühüm rolunu təsdiqləyir. Həmçinin, burada söhbət ölümcül xəstəliklərə meyilli olmaqdan gedir. Məsələn, elə həmin birinci qan qrupu ürək tutmaları riskini azaldır.