Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
Malayziyanın şimalında, Tailandla sərhəddə yerləşən Kedax ştatında 302 kobra, 145 tısbağa, eləcə də bir makaka müsadirə edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Associated Press" xəbər verir.
Hakimiyyət kökü kəsilməkdə olan növlərə aid ilan və tısbağaların ekzotik mətbəxi ilə məşhur olan Tailand restoranlarına göndərilmək üçün nəzərdə tutulduğunu ehtimal edir.
Heyvanlar fərdi evdə tapılıb. Habelə, iki nəfər həbs edilib. Onlar mühafizə olunan heyvanların qanunsuz saxlanmasında ittiham oluna bilərlər. Bu ittihamla həbs olunanları beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.