...

İşə gedərkən yola sərf edilən vaxt sağlamlığı əldən alır

Maraqlı Materials 1 Noyabr 2011 16:26 (UTC +04:00)
Bəzi insanlar hər gün evdən işədək uzun yol qət edirlər.
İşə gedərkən yola sərf edilən vaxt sağlamlığı əldən alır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Bəzi insanlar hər gün evdən işədək uzun yol qət edirlər. Ekspertlərin fikrincə, bu, insan sağlamlığına mənfi təsir edir. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti yazır. Həm də burada insanın işə gedərkən öz maşınından və ya ictimai nəqliyyatdan istifadə etməsinin əhəmiyyəti yoxdur.

Bununla yanaşı, Lund Universitetinin əməkdaşları qeyd edirlər ki, işə piyada getmək, yaxud bu zaman velosipeddən istifadə etmək bir o qədər kritik deyil. Onlar həftədə 30 saatdan artıq çalışan 18-65 yaş arasında 21 min insanın səhhətini araşdırıblar. Onların hamısı işə maşınla, metro və ya avtobusla, piyada və ya velosipedlə gedir.

Tədqiqatçılar insanın işə gedərkən sərf etdiyi vaxtı yuxunun keyfiyyəti, yorğunluq və gündəlik stressin səviyyəsi də daxil olmaqla, ümumi sağlamlıqla müqayisə ediblər. Nəticədə məlum olub ki, işə ictimai nəqliyyatla və ya maşınla gedən adamlar gün ərzində daha çox stress keçirir, pis yatır və yorulurlar.

Bu zaman mənfi təsir insanın yola sərf etdiyi vaxtın artması ilə daha da çoxalır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, yolda 30-60 dəqiqə vaxt keçirən avtomobil həvəskarlarının səhhətində yola bir saatdan artıq vaxt itirənlərdən nisbətən çox problem var.

Xəbər lenti

Xəbər lenti