...

Fəqərələrarası disk yırtığı müalicəsində yeni üsul tapılıb

Maraqlı Materials 6 Yanvar 2012 11:04 (UTC +04:00)
Cəmi bir ozon iynəsi insanı kürəyindəki ağrılardan sağaltmağa qadirdir. Bunu fəqərələrarası disk problemlərindən əziyyət çəkən pasiyentlər üzərində aparılan eksperiment sübut edib.
Fəqərələrarası disk yırtığı müalicəsində yeni üsul tapılıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Cəmi bir ozon iynəsi insanı kürəyindəki ağrılardan sağaltmağa qadirdir. Bunu fəqərələrarası disk problemlərindən əziyyət çəkən pasiyentlər üzərində aparılan eksperiment sübut edib. Belə ki, təcrübə zamanı pasiyentlərin üçdə ikisi qazın vurulmasından sonra ağrılardan xilas olublar. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" xəbər verir.

Həmin texnologiyanı Almaniyanın Frankfurt Universitetinin əməkdaşları Tomas Lenertin rəhbərliyi altında 327 könüllü üzərində sınaqdan keçiriblər. Onların hamısı uzun müddət ərzində kürəkdə ağrılardan əziyyət çəkiblər, standart müalicə metodları isə ağrılardan azad olmağa kömək etməyib.

Ozona gəldikdə isə onun həddindən artıq reaktiv qaz olduğu məlumdur. Bu qaz insan sağlamlığına zərər vura və ya əksinə ona müsbət təsir edə bilər. Həmçinin ozon təbəqəsi insanı ultrabənövşəyi şüalardan qoruyur. Lakin əgər bu qaz yer səviyyəsində olarsa, o tənəffüs yollarını zədələyən və ağ ciyərlərin iltihabına təhrik edən təhlükəli maddə hesab edilir. Amma alimlər disk yırtıqlarına qarşı mübarizə aparmaq üçün malik olduğu xassələrə görə məhz ona müraciət etmək qərarına gəliblər. Onların fikrincə, ozon terapiyası əməliyyatı əvəz etməyə qadirdir.

Sınaq zamanı məlum olub ki, zədələnmiş diskə vurulan cəmi bir ozon iynəsi 37 faiz hallarda altı ay ərzində ağrılardan xilas olmağa imkan verir. Könüllülərin daha üçdə birinin kürəyi az ağrımağa başlayıb, 22 faiz yaxşılaşma hiss etməyib, 7 faizinin isə vəziyyəti daha da pisləşib. Vurulan qaza iltihabın aradan qaldırılmasına kömək edən steroid preparatları əlavə olunub.

Skanetmə disklərin həcminin 2-15 faiz azaldığını aşkara çıxarıb. Ozonun iltihab və ağrıların yaranmasına səbəb olan birləşmələrin (prostaqlandinlər) göstəricilərini azaltdığına kömək etdiyini güman etməyə əsas var. Nəticədə disklərin həcmi azalır və ağrının özünü yaradan əsəb uclarına təzyiqlər aşağı düşür.

Xəbər lenti

Xəbər lenti